Ölkəyə idxal olunan quru maya məhsulunun istifadəyə yararsız olduğu aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
BAKU.WS AQTA-ya istinadən xəbər verir ki, fiziki şəxs İsmayılov İlham Məhəmmədoviç tərəfindən Azərbaycan Respublikasına gətirilən məhsulun partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində nümunələrdə mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarı normadan artıq olduğu müəyyən olunub.
Qanunvericiliyə uyğun olaraq, normativ sənədlərin tələblərinə cavab verməyən və istifadəyə yararsız, ümumi çəkisi 38 kq olan quru maya məhsulu “Təhlükəli Tullantılar” poliqonunda Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, fərmana ə...