VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda poçt daşımalarını həyata keçirən şirkətlər vasitəsilə sifariş verilən mallarla bağlı müəyyən problemlər yaşanır.

BAKU.WS xəbər verir ki, vətəndaşlar endirim həftələrində Türkiyədən bir çox sifarişlər versələr də, mallar bir ay keçməsinə baxmayaraq hələ sifariş verən tərəfə çatmayıb.

Poçt daşımalarını həyata keçirən şirkətlər isə mövcud problemi sifarişlərin çox olması və Gömrük Komitəsi tərəfindən yaradılan süni əngəllərlə izah edirlər. Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. 

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov BAKU.WS-ə bildirib ki, iddialar tamamilə cəfəngiyyatdır:

"Ümumiyyətlə, poçt daşıma şirkətləri vasitəsilə ölkəyə idxal olunan mallar gömrük baxışına təqdim olunandan 3 gün ərzində təhvil verilir. Təbii ki, qanunvericiliyə uyğun olaraq limiti keçənlər, əşyaların içinə hər hansı qadağan olunmuş məhsullar qoyanlar saxlanıla bilər. Bu da istisnalardır.

Amma ölkəyə poçt daşımaları vasitəsilə gələn mallar maksimum 3 gün ərzində təhvil verilir. Sadəcə bəzi şirkətlər öz anbarlarında malların çeşidlənməsinə bəzən 10-15 gün vaxt sərf edirlər. Bu, onların fəaliyyətindən asılıdır. Belə olan halda şirkətlər malların hərəkət trayektoriyasını "gömrük" göstərirlər. Sanki mallar gömrükdə qalıblar. Halbuki mallar öz anbarlarındadır və çeşidlənmələr özləri tərəfindən yubadılır.

Qeyd etdiyimiz kimi, bəzi şirkətlər malların hərəkət trayektoriyasını "gömrük" kimi göstərməklə bir növ Gömrük Komitəsini günahlandırırlar. Lakin həqiqətdə bu, belə deyil və mallar gömrükdə 3 gündən artıq qalmır".

Orxan Hüseyn
BAKU.WS