SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, lift nasazlıq səbəbindən işləməsə də, hazırda istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

"Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb. Nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur".

Əlavə olunub ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub.

BAKU.WS