İzzət Bağırov: "Adamın ürəyi pis olur, utanırsan..." - VİDEO

İzzət  Bağırov: Adamın ürəyi pis olur, utanırsan... - VİDEO
Video
Şou-biznes 318

Müğənni İzzət Bağırov yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Söz baz” verilişinə qonaq olan ifaçı sənətə yeni gəldiyi 90-cı illərdən danışıb. İ.Bağırov karyerasında yaşadığı çətinliklərdən də söz açıb:

“Neçə illər konsertlərlə dolanmışam. Sonra başladım toylara getməyə. Artıq elə şeylər var idi ki, mən onu konsertlərlə həll edə bilmirdim. İstəyirsən, artırasan. Yolum uzaq idi. Əvvəllər Balaxanı qəsəbəsində yaşayırdıq. Daha sonra Yeni Günəşliyə köçdük. Oradan 250 nömrəli avtobusa minib "Xalqlar dostluğu"na gedirdim.

Həmin metrodan da minib "İçərişəhər" metrosuna gedirdim. Oradan da əlimdə tar Bülbül adına orta ixtisas məktəbinə gedirdim. Vaxtım yollarda keçirdi. Qışda şərf falan bağlayırdım. O qədər də tanınmırdım. Metroda kimi mənimlə şəkil çəkdirdi, kimi deyirdi ki, "gəl, otur burada". Adamın ürəyi pis olur, utanırsan, istəyirsən, rahat gedib gələsən. “Günəş ol” mahnım çıxdı. Daha çox populyarlaşdı”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər