Zümrüd Bədəlovanın 38 yaşı üçün 31 qarpız kəsildi - FOTO

Aparıcı Zümrüd Bədəlovanın 38 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, Bədəlova bu münasibətlə kamera qarşısına keçərək yeni fotosessiya etdirib. Çəkilişlər zamanı Zümrüd 31 qarpızdan 38 rəqəmi yazdırıb. Bədəlova özünə yeni yaşında xoş arzularını da bildirib:
"Yalan, fani dünyada həqiqəti axtarmaqdan çoxdan əl çəkmişəm. İnandığım, sığındığım, böyük məhəbbətlə sevdiyim Allahım nə yazıbsa taleyimə, onu da yaşayıram. Yazmağa sözüm çox, həvəsim isə yoxdur. Sizi sevirəm, mənə dəyər verən dostlarım. İldən-ilə sadəcə yaş artır. Ruhum isə 18-lərdə gəzişir”.
Aparıcı fotosessiyasından lentə alınan fotonu instaqram hesabında izləyiciləri ilə bölüşüb. Onun dronla havadan çəkilən görüntüsü müzakirələrə səbəb olaraq maraqla qarşılanıb.


Oxşar xəbərlər
“Natavan Həbibi subay olsaydı, onunla evlənərdim” – Fariz İlyasov (MÜSAHİBƏ)
BAKU.WS-in budəfəki müsahibi müğənni, aparıcı, model, aktyor Fariz İlyasovdur. -Özünüzü özünüzəməxsus şəkildə təqdim edin.-Qarşılayın! Azərbaycan səhnəsinin şah...