Zülfiyyə xərçənglə mübarizə aparır - "Ölümü elə qarşılamaq lazımdır ki..." - FOTOLAR
24
iyl
2018
10:11
Xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcı Zülfiyyə Bayramova növbəti paylaşımı hər kəsi kövrəldib. BAKU.WS xəbər verir ki, o baş nahiyəsinə döymə vuraraq, bu sözləri yazıb:"Bilirsiz, həyatda ən gözəl şey nədi? Məhz gözəlliyi görməyi bacarmaq ve o gözəllikdən zövq almaq. Ən çətin anımızda belə həyatımızı gözəlləşdirməyi bacarırıqsa, demək Allahın verdiyi ömrü layiqincə qiymətlendirməyi bacarmışıq.Bilirəm ki, onkoloji xəstəlikdən əziyyet çəkən qadınların böyük əksəriyyəti mehz saçlarının töküldüyü dönəmdə ağır depressiyalara düşür və özlərini cəmiyyətdən təcrid edirlər. Məhz bunu nəzərə alıb yaxın rəfiqəm, modelyer Şəlalə və stilist Nura Babayeva ilə o qadınlara dəstək olmaq, onların yanında olmaq üçün yeni bir layihə işlədik. Hamı mənə “Biz səninləyik” dedl. Tezliklə mən bütün onkoloji xəstə qadınlara “Mən sizinləyəm” deyəcəyəm. Allah hər bir xəstənin şəfasını versin".Modelyer Şəlalə isə aparıcı Zülfiyyə Bayramovaya belə dəstək olub:"İnsanın unutmamalı olduğu iki şey var: Allah və ölüm. Unutmalı olduğu da ikidir: Etdiyi yaxşılıqlar və ona qarşı olunan pisliklər. Lakin, insanlar hər şeyi əksinə edər. Ölüm öz kölgəsini salmadan bulud olub ağlamır insan. Ölümü unudub dünyanı nəfsinə qurban etməyə çalışır. Mənə görə insanın ölümə qədər getdiyi gözəl bir zaman var. Bu zamanın adı həyatdır! Həyatı elə yaşamaq lazımdır ki, ölüm gücsüz olsun. Ölümü elə qarşılamaq lazımdır ki, həyat gülümsəsin. Sizə yenə səsləndim. Fani dünya deyirik, fani bizik. Dünya bir körpüdür. Xəstəliklə çarpışan, ölümü yaxından görmüş hər kəsə səslənmək istəyirəm: Həyat yaşadıqca gözəldir. Xəstəlik bir elçidir. Yarım qalan işləri, arzuları reallaşdırmamızı xatırladan elçi. Ruhdan düşüb özünə qapanmaqdansa, qalan zamanı dəyərləndirmək lazımdır. Bir insan ölümə təslim olmadıqca həyatdan getməz. Güclü olaq, dəstək olaq ətrafimızdakılara. Axı heç kəs sığortalanmayıb. İnsan olub insanları sevmək, insanlıq edib onlara dəyər vermək lazımdır. Heç bir xəstəlik hökm deyil! Birlikdə üstəsindən gələrik demək isə hər birimizin borcudur! Axı arzular üçün bir dünya az olar!"BAKU.WS
Oxşar xəbərlər
ATV-nin xərçəng xəstəsi aparıcısı bu görüntüləri də paylaşdı: Allah heç kimə göstərməsin! - VİDEO
Xərçəng xəstəliyindən əziyyət çəkən ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova kimyaterapiya müalicəsinə başlayıb.BAKU.WS xəbər verir ki, t...