Xərçəngdən əziyyət çəkən aparıcının müalicəsində problem yarandı - FOTO

Xərçəngdən əziyyət çəkən aparıcının müalicəsində problem yarandı - FOTO
Şou-biznes 9273
Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovanın müalicəsində problem yaranıb.BAKU.WSxəbər verir ki, uzun müddətdir müalicə alan aparıcının orqanizmi dərmanlara qarşı allergiya verib.Zülfiyyə xanım dəhşətli bəlaya meydan oxuyub: "Müalicənin əla getdiyi dövrdə dərmanlara qarşı allergiya əmələ gəldi. Sən mənimlə nə oyun oynayırsansa oyna, mən Allahın köməyilə sənə belə gülə-gülə qalib gələcəm. İnşAllah mən səni məhv edəcəm, sən məni yox!"ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir.Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.Allah şəfa versin!Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər