Zülfiyyə Xanbabayeva fotoşop iddialarına belə cavab verdi (VİDEO)

Zülfiyyə Xanbabayeva fotoşop iddialarına belə cavab verdi (VİDEO)
Video
Şou-biznes 4126
Şəkillərdə Fotoşopun köməyilə arıqladığı deyilən xalq artisti Zülfiyyə Xanbabayeva iddialara canlı görüntüsü ilə cavab verdi. BAKU.WS -in məlumatına görə, ifaçı İnstagram səhifəsində paylaşdığı videoda həqiqətən də arıqladığını isbatlayıb. Xanbabayeva videoya öz mahnısının sözlərilə şərh verib: "Nələr gördüm, nələr duydum, nələrə şahid olmadım, içi boş adamların ürəklərinə daxil olmadım". Xatırladaq ki, Zülfiyyə Xanbabayevanın İnstagram səhifəsində paylaşdığı fotodakı arıq görüntüsü müzakirələrə səbəb olmuşdu. Bəziləri şəklin Fotoşop olduğunu yazıb, bəziləri isə xalq artistinin tanınmaz dərəcədə dəyişdiyini vurğulayıblar. Müğənninin prodüseri Nigar Hacızadə mətbuata açıqlamasında onun həqiqətən də arıqladığını bildirmişdi. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər