Zirəddin Rzayev həyacan təbili çaldı: Dövlət nəzarəti gücləndirməlidir - VİDEO

Zirəddin Rzayev həyacan təbili çaldı: Dövlət nəzarəti gücləndirməlidir - VİDEO
Video
Şou-biznes 11809
Son dövrlər telekanallarda ekstrasenslərə, falçılara, görücülərə geniş meydan verilir.BAKU.WS xəbər verir ki, Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev yaranmış vəziyyəti pisləyib. O, "Hər şey daxil" verilişinə açıqlamasında nəinki falçıları, eləcə də dindar və müğənnilər arasında şarlatanlar olduğunu qeyd edib: "Bu gün Azərbaycanda 80 faiz mollaların, din xadimlərinin dini təhsili yoxdur. Türmədən çıxan, zindandan azad olan, həyati problemləri olan hər bir şəxs dini məclisləri, ölü götürməyi qazanc yolu seçir. Ekstrasensuraya da dövlət nəzarəti olmadığı üçün çox insanlar ekstrasens, görücü, falçı kimi qələmə verib xalqın inamından sui-istifadə edirlər. Əsas səbəb budur. Mən bunu həmişə demişəm, elə Rusiyada da deyirəm, özünü ekstrasens adlandıran şəxsin ilk növbədə psixoloji təhsili olmalıdır. Bu hal şou-biznesdə də var. Elə müğənnilər var ki, səsi yoxdur, amma oxuyur və efirlərdədir. Yəni efirlərə ciddi nəzarət olmadığı üçün kim istəyir xalqı aldada bilir. Ən asan qazanc yolu bilib bu sahələrə gəlirlər. Kimi dindarlığı seçir, kimi falçılığı, kimi də müğənniliyi. Amma həmin insanlar bilməlidirlər ki, elin gözü tərəzidir. Yalan ayaq tutar, yeriməz. Bu sözləri atalarımız min illər əvvəl elə-belə deməyib. Bu gün baxanda görürük ki, tarixdə Nostradamus, Vanqa, Rasputin kimi şəxslərin adları qalıb. Onların da dövründə saxta ekstrasenslər, dırnaqarası görücülər, fenomenlər olub, amma görürsüz ki, heç birinin adı qalmayıb. Elə müğənnilərin və din xadimlərinin içində saxtaları çoxdur. Bu fəsadları aradan qaldırmaq üçün dövlət hərəkətə keçməlidir, güclü nəzarət lazımdır". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər