Zirəddinin alpinistlərlə bağlı verdiyi ŞOK proqnoz düz çıxdı

Zirəddinin alpinistlərlə bağlı verdiyi ŞOK proqnoz düz çıxdı
Şou-biznes 15692
Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşdükdən sonra dünən meyitləri tapılan alpinistlərlə bağlı yanvarın 16-da verdiyi proqnozunu doğruluğunu isbat etməyə çalışıb.BAKU.WS xəbər verir ki, ekstrasens 4 ay əvvəl verdiyi proqnozdakı tarixi belə izah edib: "Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam. Mən 2 rəqəmini görmüşdüm. Ona görə də dedim ki, alpinistlər 20.02 tarixinə kimi tapılacaqlar. Ay təqviminə görə ikinci aylı gündə - 16 mayda onlar tapıldılar”.Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Daha sonra isə digər meyitlər tapılıb.Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən alpinistlərin meyitləri ailələrinə təhvil verilib.Zülfiyyə QurbanovaBAKU.WS
Zirəddin Rzayevin 16 yanvarda verdiyi proqnoz

Oxşar xəbərlər

Son xəbərlər