İtkin düşən Fəridənin meyiti 152 gündən sonra ailəsinə təhvil verildi

İtkin düşən Fəridənin meyiti 152 gündən sonra ailəsinə təhvil verildi
Hadisə 6027
Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib."Report"un Şimal bürosu xəbər verir ki, “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.BAKU.WS

Oxşar xəbərlər

Qrup rəhbəri itkin düşən alpinistlərin başına gələnlərdən danışdı

Qrup rəhbəri itkin düşən alpinistlərin başına gələnlərdən danışdı

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları m...

7986 Şou-biznes 09:35 17 may 2018

Son xəbərlər