Zenfira İbrahimova: "İçimizdəki erməniləri təmizləmək lazımdır" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Son zamanlar baş verən hadisələrə görə hamımız kədərlənirik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Əsgərlərimizə güc-qüvvət, qazilərimizə cansağlığı arzu edirəm. Bayaq mənə bir səhifə göndəriblər. Orada belə bir başlıqlı xəbər var: "Bugünkü gündə məşhurlar sosial şəbəkələrdəki videoları izləyicilərini artırmaq üçün çəkirlər, yoxsa son zamanlar baş verənlərə görə fəryad etdiklərinə görə?"
BAKU.WS xəbər verir ki, bu sözləri Zenfira İbrahimova sosial şəbəkə hesabındakı paylaşımında deyib. Sənətçi "Məşhurlar şəhidlərin yas mərasimində iştirakı ilə özlərini reklam edir" deyən izləyiciləri tənqid edib:
"Əziz izləyicilər, ilk növbədə içimizdəki erməniləri təmizləmək lazımdır. Bir vətəndaş ki, özünü şəhid videoları ilə reklam edir, deməli, onun özü ermənidir. Ağzınıza gələni yazmısınız. Bu paylaşımları hamı edir. Niyə şou-biznes nümayəndələri haqqında belə sözlər yazırsınız? Necə düşünə bilərsiniz ki, biz özümüzü reklam edirik. Ayıb deyil sizin üçün?"
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...