Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO)

Zaurun verilişində GƏRGİN ANLAR: Səni karset Afət kimi tanıyırlar (VİDEO)
Video
Şou-biznes 12494
ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaqlar arasında gərgin anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, canlı efirdə izləyicilərdən biri sosial şəbəkədə müğənni Afət Fərmanqızının ünvanına "Karseti möhkəm sıxmısan?" yazması bir xeyli müzakirə olunub. A. Fərmanqızı izləyicisinə belə cavab verib: "Paxıl xanımların nəzərinə. Karseti mənim kimi fiquralı olan xanım geyinə bilər. Buradan bəyan edirəm ki, kim məni hansısa həkimin yanına aparıb məndə süni bir şey aşkarlayarsa, həmin adama 10.000 dollar pul verəcəyəm".

Daha sonra verilişdə qonaq gitara ifaçısı Rəhman Məmmədovun Afət Fərmanqızının ünvanına "Səni "karset Afət" kimi tanıyırlar" deməsi müğənnini özündən çıxarıb. A. Fərmanqızı R. Məmmədovun ünvanına "Sizə də el arasında elə “kliçka” vurublar ki, efirdə demirəm, ayıbdır...” deyib. 

BAKU.WS

Son xəbərlər