Zamiq Hüseynov şəhid övladları ilə oxudu - FOTO/VİDEO

Zamiq Hüseynov şəhid övladları ilə oxudu - FOTO/VİDEO
Foto Video
Şou-biznes 158

Müğənni Zamiq Hüseynov şəhid övladları üçün konsert verib.

BAKU.WS xəbər verir ki, sənətçi Lənkəranda qəhrəmanlarımızın övladları qarşısında sevilən ifalarını səsləndirərək onlarla birgə də səhnə bölüşüb.

Bu haqda açıqlama verən müğənni belə layihələrin davamlı olmasını arzu etdiyini bildirib:

"Konsertdən möhtəşəm təəssüratlarla ayrıldım. Övladlarımızın üzünə az da olsa gülüş bəxş edə bildiyimizi seyr etdim. Onların əylənməyini görüb, sözsüz ki, mən də xoşbəxt oldum. Qəribə hisslər idi. Oxuyaraq fəxr edirdim, həmçinin qürur duyurdum. Hisslərim o qədər gözəldir ki, onu kəlmələrə sığdıra bilmərəm.

Təşkilatçılara bu gözəl addıma görə sonsuz təşəkkür edirəm və nə yaxşı ki, bir sənətçi olaraq iştirak etmək mənim də payıma düşdü! Belə layihələrin davamlı olması gərəkdir. Hər birində də böyük sevgi ilə iştirak edəcəyəm!"

Qeyd edək ki, konsert "YAŞAT" Fondu və "Asan Könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər