Yulduz Usmanova: "Roza Zərgərli Özbəkistanda bir mahnı ilə məşhurlaşdı"
Özbəkistanın Xalq artisti Yulduz Usmanova açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o "Xəzər axşamı" proqramına müsahibəsi zamanı azərbaycanlı sənətçilərdən Roza Zərgərlinin Özbəkistanda məşhurlaşdığını vurğulayıb.
O həmkarının öz ölkəsində cəmi bir mahnı ilə tanındığını vurğulayıb. Daha sonra Usmanova sözlərinə belə davam edib:
"Roza Zərgərli bir mahnısı ilə məşhurlaşdı. Lakin hələlik bir mahnı ilə məşhurlaşıb. Bir mahnı səhnə həyatına yetməz. Bu səbə şöhrət gətirə bilər bir ya da iki il... Ondan sonra gərək işləyəsən. Kim olduğunu işlərinlə ortaya qoyasan".
Xatırladaq ki, müğənni Roza Zərgərli bir müddət əvvəl Özbəkistanda konsert verib.
Oxşar xəbərlər
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
"People" jurnalı hər il "dünyanın ən gözəl məşhur qadını" adını müəyyənləşdirir və qalibi üz qabığında təqdim edir. Bu ənənə 1990-cı ildən davam edir. İlk qalib...