Yerə maqnit qasırğası yaxınlaşır

Yerə maqnit qasırğası yaxınlaşır
Şou-biznes 1243

Ötən həftənin sonunda Günəşdə bir neçə ciddi alışma qeydə alınıb. BAKU.WS-in məlumatına görə, mütəxəssislər hesab edirlər ki, Yer kürəsində insanların sağlamlığına təsir göstərən maqnit qasırğaları başlayacaq. Yer kürəsində birinci maqnit qasırğası avqustun 23-də başlayıb, növbəti qasırğa isə bu gün gözlənilir. Avqustun 21-dən 23-dək Günəşdə "M” sinfindən 5 alışma, "C” sinfindən 20 alışma, optikada 1 ballıq 7 alışma, 2 ballıq 1 alışma və 37 subalışma qeydə alınıb. Hazırda Günəşin fəallığı azalıb və bu gün mülayim alışma fəallığı gözlənilir, amma ən yüksək X sinfindən alışmalar, o cümlədən proton alışmalar ehtimalı hələ də istisna deyil. Qeyd edək ki, maqnit qasırğalarının insanın sağlamlığına təsiri artıq alimlər tərəfindən isbat edilib. Mütəxəssislərin məlumatlarına görə, maqnit qasırğaları zamanı insanı baş, bel və oynaq ağrıları incidir. Günəşin fəallığı ən çox yaşlı insanlara təsir edir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda mağazaların kütləvi boşaldılması davam edir

Bakıda mağazaların kütləvi boşaldılması davam edir

"Region ölkələrin devalvasiya və neftin qiymətindəki kəskin ucuzlaşma Azərbaycan iqtisadiyyatına təsir göstərməkdədir. Son iqtisadi proseslər vətəndaşların daha...

1520 İqtisadiyyat 12:53 25 avqust 2015

Son xəbərlər