Yeni Zelandiyada qeyri-adi təbiət hadisəsi - “Günəş sunamisi” - FOTO/VİDEO

Yeni Zelandiyada qeyri-adi təbiət hadisəsi - “Günəş sunamisi” - FOTO/VİDEO
Foto Video
Şou-biznes 200

Yeni Zelandiyada izlənən “günəş sunamisi" möhtəşəm görüntülərlə yadda qalıb.

BAKU.WS xəbər verir ki, təbiət hadisəsini izləyən Kris Lierheimer adlı səyahət fotoqrafı Christchurch, Uellington və Auckland təpələri üzərindən keçən bənövşəyi, narıncı və yaşıl işığın görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Baş verən qeyri-adi dərəcədə yüksək günəş fırtınası sayəsində Avstraliyada şimal işıqları daha şimalda yerləşən şəhərlərdə görünüb.

Otaqo Universitetinin Günəş fırtınaları və onların fəaliyyətini sənədləşdirən Günəş Sunamisi layihəsinin direktoru Devlin Lynden, gecə səmasında auroraya səbəb olan "günəş sunamisinin" 2017-ci ildən bəri Yeni Zelandiyada görünməmiş səviyyəyə çatdığını söyləyib;

“Bu, bazar günü gecə şimal yarımkürəsində qeyri-adi dərəcədə möhtəşəm auroralar yaranıb. O, İrlandiya, Böyük Britaniya və ABŞ-nin 30-a yaxın ştatında izlənilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər