Yeni rolu üçün 12 kiloqram arıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Bülent İnal yeni layihəsi üçün xeyli çəki atıb.
BAKU.WS xəbər verir ki, "Ömür Usta" serialı ilə tamaşaçılar qarşısına çıxacaq aktyor 12 kiloqram arıqlayıb.
İdman zalında məşq edən Bülent İnal pəhriz və idman sayəsində bir neçə ay ərzində bu qədər çəki atıb.
Aktyorun obrazı üçün daha 8 kiloqram arıqlamağı planlaşdırdığı bildirilib.
Qeyd edək ki, rejissoru Hilal Saral, ssenari müəllifi isə Çağla Kızılelma olan layihədə İnal "Tunç" adlı restoran sahibini canlandıracaq.
O sonuncu dəfə "Kıskanmak" serialında prokuror obrazı ilə ekranlara gəlib.
Qalereya
Oxşar xəbərlər
"Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu
Aktyor Elcan Rəsulov kövrək anları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Zarafat bir yana" şousuna qonaq olan aktyor atasının onun qucağında dünyasını dəyi...