Yasemin Kay Allen xəstəxanaya yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli məşhur aktrisa Yasemin Kay Allen ötən axşam təcili şəkildə İstinye Dövlət Xəstəxanasına aparılıb. Ona ağrıkəsici iynə vurulub.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, aktrisa Suna Yıldızoğlunun özü kimi sənətçi olan qızı Yasemin Kay Allen ötən il keçmiş FBI əməkdaşı Erdal Kaya ilə münasibətə başlamışdı. Lakin cütlüyün münasibəti uzun çəkməmişdi.
"Amerikalı Aynasız" ləqəbi ilə tanınan Erdal Kaya ilə münasibətinə ikinci bir şans verən Allen barışdıqlarını sosial media hesabında izləyiciləri ilə paylaşmışdı.
Hazırda münasibətləri davam edən məşhur aktrisa ötən axşam çəkilişlərində rol aldığı "Bahar" serialının Emirgandakı setində özünü pis hiss edib və təcili xəstəxanaya çatdırılıb. Həkimlər ona ağrıkəsici tətbiq ediblər.
Yasemin Kay Allen-in xəstəxanadakı müalicəsindən sonra evə buraxıldığı və səhhətinin yaxşı olduğu bildirilib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...