Xuraman Əlizadə: "O lobya qarnımızı doydurdu, sabah isə heç nə yeyə bilmədik" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Xuraman Əlizadə "Onun sirri" proqramına qonaq olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı aktrisa ailəsində yaşadığı maddi çətinliklərdən danışıb.
Əlizadə atasının və anasının uzun müddət işsiz qaldığından evdə yemək tapa bilmədiklərini deyib:
"Atamda xəstəlik baş qaldırdı. Get-gedə vəziyyəti pisləşirdi. İşləmək qabiliyyətini itirdi. Anam da işsiz idi. Atamın cibində bir manat ancaq var idi. Dedi "Gedim-görüm neynirəm". Lobya aldı gətirdi. Anama dedi ki "İradə lobya almışam, qaynat bunu uşaqlar yesin". Biz onu yağsız soğansız duz ilə yedik.
Bu günkü gün lobya bizim evin ən sevimli təamına çevrilib. Çünki həmin gecə o lobya qarnımızı doydurdu. Sabah isə heç nə yeyə bilmədik. Çünki evdə yeməyə nəsə yox idi".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...