Xumar Qədimova: "Sabir sağ olsa idi, ayağının altından öpərdim" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Zaur, bayaq sən dahilərdən danışdın. Mən birini oxudum. Sən düz deyirdin. Dahinin də dahiyanəsini seçirik. Çünki ola bilər ki, dahidir, amma çox bəsit yazı yazsın. Deyirsən ki, biz buna aşiq olmuşuq?"
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova deyib. "Zaurla Günaydın" verilişinə qonaq olan ifaçı dahilərdən danışıb. O, "Mirzə Ələkbər Sabir sağ olsa idi, ayağının altından öpərdim" sözlərini deməklə hər kəsi təəccübləndirib:
"Eləsi var, məsələn, mən Mirzə Ələkbər Sabiri oxuyanda deyirəm ki, o, sağ olsa idi, ayağının altından öpərdim. Öpərdim ayağının altından. Amma nə yaxşı ki, sağ deyil. İndi də elə yaşayanlar var ki, biz onun sənətinə aşiqik. Mühit, zəmanə elə dəyişib ki, aşiq olduğun dahi haqqında deyirsən, "nə yaxşı, o insan həyatda yoxdur..."
Oxşar xəbərlər
Xumar Qədimovanın repçi ilə dueti təəccübləndirdi - VİDEO
Əməkdar artist Xumar Qədimova pərəstişkarlarına yeni klip təqdim edib. BAKU.WS xəbər verir ki, ifaçı "Bu Xumar" adlı yeni mahnısını ekranlaşdıraraq sevənlərinin...