"Xınayaxdı mafiyası"nda qızğın rəqabət: bağda xəyanət, yuyulmamış çömçə və... - VİDEO,FOTO

Xınayaxdı mafiyasında qızğın rəqabət: bağda xəyanət, yuyulmamış çömçə və... - VİDEO,FOTO
Video
Şou-biznes 6776
Xına mafiyasında qızğın rəqabət gedir. Düşmən münasibətində olan keşmiş rəfiqələr rəqqasə Fatimə və müğənni Xatun arasında qalmaqal böyüyür. Rəqqasə barəsində yaydığı şayiələrə görə Xatunu məhkəməyə verəcəyini açıqlayıb. Xınayaxma məclisləri təşkil edən müğənni Xatunla rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqala şairə Nazilə Səfərli də qoşulub. BAKU.WS xəbər verir ki, Xatunu məhkəməyə verəcəyini bəyan edən Fatimə "Hər şey daxil" veriliişində Nazilə Səfərlini də məhkəmə ilə hədələyib: "Yulmamış çömçələr düşüb ortalığa. Bir şairə var e, Nazilə Səfərli. Vaxt olub ki, onun dalınca nələr danışılıb. Nazilə xanım, vaxt olub ki, siz mənimlə çox yaxın olmusuz. Salonuma gəlib-getmisiz. Xidmətlərimizdən istifadə etdikdən sonra məni "İnstagram"da pisləməyə başlamısız. Burda mənə salam verir, orada pisləyir. Ondan sonra aramız pozulub. Biz Nazilə ilə xınaya görə pis olmamışıq. İndi oturub mənə qarşı şərhlər yazır, sonra da silir. Yazırsan, niyə silirsən? Yazıb ki, mənim nəslimdə kişi yoxdur. Nazilə, mənim nəslimdə kişi var! Məhkəmədə o sözlərə görə cavab verəcəksiz".

N.Səfərli rəqqasənin ittihamlarını cavabsız qoymayıb: "Hörmətli rəqqasə Fatimə Fətəliyeva, baxmayaraq ki, gözəllik salonuna məni sən özün dəvət etmişdin, amma bu gün Xatunla olan söz-söhbətinə məni də qatdığın üçün məcburam xatırladım ki, gözəllik salonundakı bütün xidmətlərin qəpiyinə kimi məndən almısan. Bununla belə salonundakı naşı ustalarından biri mənim çox bahalı qaynağımı tamamilə məhv etdi. O ki qaldı kişi söhbətinə, mən sənin nəslindən heç kimi tanımıram və anandan, qızından başqa heç kimi də görməmişəm. Özünü tanıyan qadın heç kimin kişiliyinə şübhə edə bilməz! Yaşda səndən kiçik olsam da, sən mənim şeirlərimdən hər zaman bəhrələnmisən və Xına dünyasına məndən sonra gəlmisən. Onu da unutma ki, ilk reklam çarxını sənin xonça dükanında mən etdim ki, qabağa gedəsən. Məncə təşəkkür borclusan... Təmkinlə düşün və analiz et. Özün yaxşı bilirsən ki, mən kiminsə sözünü kiməsə çatdıran insan deyiləm, öz ağlım, öz düşüncəm var. Nə qədər gec deyil, məndən üzr istəsən şad olaram. Sən də, mən də Xına dünyasından aliəmizə ruzi aparırıq. Hər gülün öz ətri var. Bunları gündəm yaratmaq üçün edirsənsə, etmə. Gör-götür dünyasıdır..." Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər