Xəstəliyinə görə "Maska"da yaşadığı çətinlikdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Emma Ələkbərzadə "Maska" şousunda yaşadığı çətinlikdən danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi bu haqda "Ötən günlər" verilişində bəhs edib. O bildirib ki, allergik rinitdən əziyyət çəkdiyi üçün maska altında qalmaq ona asan olmayıb:
"Boğazımı rezinlə dartmışdılar. Allergik rinitdən əziyyət çəkirəm. Nəfəs ala bilmirəm. Tez-tez burnuma dərman tökülməlidir. Deyirdim burnuma dərman tökün, deyirdilər, necə? Axırda deşik açmışdım, dərmanı oradan tökürdüm".
E.Ələkbərzadə oğlu Davidin onun şouya qatılmasına münasibətini danışıb:
"Son gün çıxış edəndə David Sevdaya (Əməkdar artist Sevda Ələkbərzadə - red.) dedi ki, xala, Emmadı. Mən də deyirəm, yox mən yoxam. Axırda maska açılanda dedi ki, deyirdim, Emmadı".
Qeyd edək ki, E.Ələkbərzadə şouda Vəzir obrazını yaratmışdı.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...