Xalq artistindən etiraf : "Öz ərizəmlə çıxdım!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nəzakət Teymurova uzun müddət çalışdığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından ayrılmasından danışıb.
BAKU.WS xəbər verir ki, aparıcı Zümrüd Bədəlovanın "Xəbər-ətər" verilişinə qatılan sənətçi işindən öz istəyi ilə ərizə yazaraq çıxdığını deyib:
"3 ilə yaxındır ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından ayrılmışam. Oradan öz istəyimlə, ərizə yazıb çıxmışam. Bu iş mənim xanəndəliyimin profili idi. Çox xoş oldu ki, mən Opera Teatrı səhnəsində çıxış etdim.
Bir çox xarici ölkələrdə "Leyli və Məcnun" operasını ifa edib Xalq artisti Mənsum İbrahimovla eyni səhnəni bölüşdük. Leyli, Gülbahar, xanəndə qız, Şahsənəm kimi obrazları ifa etdim. Xanəndəlik ən zirvədə olan sənətdir".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...