Xalq artistindən bəzi müğənnilərə sərt ismarış: "İyrənc reytinq qazanırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əsl sənətkarlar gücü reklama deyil, işə verməlidir. Əgər sən sənətdə bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan "Afaqla onlar" verilişinə açıqlamasında deyib.
İfaçı müsahibəsində bəzi müğənnilərə sərt iradını bildirib:
"Hər yerə xərclənsən səndən nə qalar? Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən. Sənətkar bilirsiniz kimdir? Heçnəyi fikirləşmədən işinə aşiq olan... O sənətdən sənə ruzi gələcəksə gələcək".
Sənətçi həmçinin bəzi müğənnilərin ucuz reklama qurban olduqlarını vurğulayıb:
"Bir yerdə ki, bazar var orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə biz iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, "efiri bəyənmirəm" deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda, mən də efirdə oluram".
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...