Xalq artisti: "Yoldaşım əlimdən tutub, "qorxma" dedi, o sözdən sonra huşumu itirmişəm" - VİDEO
04
okt
2019
12:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəyə müalicəyə gedən xalq artisti Naibə Allahverdiyeva Azərbaycana qayıdıb.BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" proqraqmına açıqlama verən aktrisa ötən həftə İstanbulda baş verən zəlzələdə vəziyyətinin pisləşdiyini bildirib:"Bir də onu gördüm ki, yer ayağımın altından bir sağa getdi, bir sola. Dedim bəlkə qan təzyiqim qalxıb? Qorxdum. Gördüm yox, çılçıraq da yellənir. Yerimdə donub qaldım, tərpənə bilmədim. Şoka düşdüm. Əsəb sistemim zəifdir axı. Yoldaşım gəlib əlimdən tutub, "Naibə, qorxma" dedi. O sözdən sonra özümdən getmişəm.Ayılanda başımın üstündə insanlar var idi, mənə su verib, özümə gətirirdilər. Ayağa durandan sonra gördüm ki, bütün millət küçələrdədir. İnanın, hələ də şok vəziyyətdəyəm. Onsuz da vəziyyətim yaxşı deyildi. Özümdə deyiləm, elə bilirəm, hər an zəlzələ olacaq". Aysel
Oxşar xəbərlər
Türkiyəyə müalicəyə gedən xalq artistinin vəziyyəti pisləşdi - VİDEO
Türkiyəyə müalicəyə gedən xalq artisti Naibə Allahverdiyevanın vəziyyəti pisləşib.BAKU.WS xəbər verir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişində aktrisa ilə tele...