Ölümlə çarpışan Xalq artistinin son vəziyyəti ürək dağladı - VİDEO
25
fev
2019
10:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Naibə Allahverdiyevanın son vəziyyəti ürək parçalayıb. BAKU.WS xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə müsahibə verən aktrisa başına gələnləri bir-bir danışıb: "Qan təzyiqim yüksək olur. Sistemi qoşdular mənə. Arasından 5-10 dəqiqə keçmişdi. Bir də gördüm ki, nəsə məni çırpdı. Əllərim başladı qıcanmağa və belimdə dəhşətli ağrılar yarandı. Qışqırığıma bütün məhəllə yığılmışdı. İnanırsınız, hələ də o stressi yaşayıram. Ölü kimiyəm". N. Allahverdiyeva bu hala düşməsində həkimini ittiham edib: "Mən kimə şikayət edim, kimə nə deyim? Bu onun üstünə atır. O deyir ki, yəqin, sistemi soyuq vurublar. Mən elə bir vəziyyətdəyəm ki... Birdən olmazdı belə, oları elə... Buna kim cavab verəcəkdi?". BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti iynədən şoka düşdü - VİDEO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib. BAKU.WS-in məlumatına görə, aktrisa bu haqda özü...