Xalq artisti ATV-nin “qara siyahı”sından çıxdı

Xalq artisti ATV-nin “qara siyahı”sından çıxdı
Şou-biznes 10023
Xalq artisti Naibə Allahverdiyeva ATV-nin "qara siyahı"sından çıxıb.BAKU.WS-ə özəl açıqlama verən aktrisa bildirib ki, tezliklə ATV-də yayımlanacaq layihədə o da yer alıb:"Sənət dostlarımla bərabər yeni "Məhəlləmiz" adlı tamaşa formatında layihədə mən də iştirak edirəm. Layihə tezliklə ATV-də yayımlanacaq".Sənətkar uzun müddətdir ATV-də görünməməyinin səbəbini açıqlayıb:"Yəqin ki, "qara siyahı"da olmuşam. Sağ olsun yeni rəhbərlik, bu qadağanı aradan qaldırdı. Onlara təşəkkürümü bildirirəm".Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva 2015-ci ildə ATV-də yayımlanan "Qardaşlar" serialında Natella obrazını canlandırırdı. O, serialı yarımçıq tərk etmişdi.Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

"Vicdan haqqı"nın Dilarəsi yeni serialda - FOTOLAR

"Vicdan haqqı"nın Dilarəsi yeni serialda - FOTOLAR

Əməkdar artist Aygün Zeynalova yeni seriala çəkilir."Ay yay yay" serialına dəvət alan aktrisa BAKU.WS-ə özəl açıqlama verib. Aygün Zeynalova bunları deyib:"Təkl...

4058 Şou-biznes 11:52 27 avqust 2018

Son xəbərlər