Xalq artisti təhqirə məruz qalıb

Xalq artisti təhqirə məruz qalıb
Şou-biznes 744

“Atam universitetdə 25 il dərs deyib. Deyirdi ki, hər şey savadın üstündədir. Savadsız insan cəmiyyətin önündə olmamalıdır. Tamaşaçı qarşısında seçmə insanlar olmalıdır ki, gələcək nəsillər onlara baxaraq böyüsün”.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Xalq artisti Brilliant Dadaşova televiziyaların son vəziyyəti barədə söyləyib.

Sənətçi savadsız kadrların çox olduğunu desə də, ad çəkməkdən boyun qaçırıb:

“Düşmənlərimi niyə çoxaldırsınız, sonra başlayır şər-böhtan deməyə. Böhtanlardan yorulmuşam”.

B.Dadaşova sosial şəbəkədə təhqirə məruz qaldığını bildirib:

“Heç bir sənətçiyə mənim qədər böhtan atılmayıb. Başqa dövlətlərdə əsl sənətkarı bizdə olduğu qədər təhqir etməyiblər. Niyə bizimkilər deyirəm? Çünki Azərbaycan dilində yazırlar”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər