Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi
Video
Şou-biznes 954

Xəbər verildiyimiz kimi, Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Xalq artisti Tünzalə Ağayeva şəxsi "İnstagram" hesabında mövqeyini paylaşıb.

"Yekaterinburq şəhərində Azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisliyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var. Ölkəmizdə çox sayda xalqlar, milliyyətlər yaşıyır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniiyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

382 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər