Xalq artisti Ramiz Novruzdan səhhəti barədə AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.
Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."
Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.
*** 09:27
Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.
BAKU.WS "kulis.az"-a istinadən xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb.
O, bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.
İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.
Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Oxşar xəbərlər
Məşhur aktrisaya aşiq oldu, 16 il zavodda fəhlə işlədi...
Xəbər verdiyimiz kimi, Əməkdar artist Məcnun Hacıbəyov bu gün 86 yaşında koronovirusdan vəfat edib. BAKU.WS "kulis.az"-a istinadən mərhum aktyor haqqında maraql...