Xalq artisti: "Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Mənsum İbrahimov muğam öyrənmək istəyən ifaçılara münasibətini bildirib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, muğam hər kəs üçün açıq sənətdir:
"Muğam bizim ana musiqimizdir. Heç kimə qadağan edə bilməzsən ki, muğamı öyrənmə və ya oxuma. Təbii ki, xanəndə kimi oxuya bilməz. Amma onu öyrənməyinə çox yaxşı baxıram. Çünki ifa etdiyi mahnıların keyfiyyətinə təsir edir. Bilir ki, hansı muğam ladındadır. Kim meyil edib öyrənmək istəyirsə, mən onu alqışlayıram".
Mənsum İbrahimov bəzi şəxslərin ustadların adından istifadə etməsinə də münasibət bildirib:
"Bir də ustadlarının adından istifadə edənlər var. Bir dəfə yanıma gəlib mənimlə şəkil çəkdirir, deyir ki, ustadım Mənsum müəllimdir. Amma əsas odur ki, ifası necədir? Mən buna fikir verirəm, əgər gözəldirsə, deyirəm qoy olsun, eybi yox".
Oxşar xəbərlər
Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər
Rusiyada Yeni il şənlikləri üçün ən çox axtarılan ifaçıların adları açıqlanıb. BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bunlar müğənnilər Filipp Kirkorov...