Xalq artisti Lider tv-nin əri tərəfindən doğranan qadın əməkdaşı haqqında yazdı - FOTO

Xalq artisti Lider tv-nin əri tərəfindən doğranan qadın əməkdaşı haqqında yazdı - FOTO
Şou-biznes 565

Bir neçə gün əvvəl "Lider" televiziyasının sabiq əməkdaşı Nahidə Həsənova əri tərəfindən öldürülərək balta ilə doğranıb. Bu tükürpədən hadisə ölkə mətbuatının gündəmini zəbt edərək bir çox media orqanlarında işıqlandırıldı, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

BAKU.WS xəbər verir ki, hər kəsin tənqidinə və qəzəbinə səbəb olan bu acı hadisəyə Xalq artisti Naibə Allahverdiyeva da səssiz qalmayıb. O, sosial şəbəkə hesabında qətlə yetirilən Nahidənin şəklini paylaşaraq onun ölümü ilə bağlı status yazıb. Aktrisa belə cinayətkarların ömürlük həbs cəzası almalı olduğunu qeyd edib:

"Yenə bir məsum qadın psixoloji problemi olan manyak tərəfindən öldürüldü. Düşünürəm ki, qanunlarımıza dəyişiklik edilməlidir. Ömürlük həbs cəzası verilməlidir!"

Qeyd edək N.Həsənova əvvəllər "Lider" telekanalında texniki şöbədə işləyib.

Xalq artisti Lider tv-nin əri tərəfindən doğranan qadın əməkdaşı haqqında yazdı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tanınmışlar 20 yaşında - FOTO

Tanınmışlar 20 yaşında - FOTO

Son zamanlar “20 yaş challenge”i sosial medianın populyar axınlarından birinə çevrilib. Bir çox yerli və xarici məşhurlar sosial şəbəkə hesablarında 20 yaşında...

5202 Şou-biznes 17:43 16 may 2021

Son xəbərlər