Xalq artisti keçmiş işçisindən 55 min manat tələb edir
Yeniliklərdən dərhal xəbərdar olun
"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov vaxtilə komandasında çalışmış nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirovu məhkəməyə verib.
BAKU.WS "unikal"a istinadən xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı paylaşım edib.
Qeyd edilib ki, Xalqın artisti bir ildir ki, məhkəmələrdə Ramilin onun patentləşdirdiyi qavaldas maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib. Natiq Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.
Tərəflərin yekun məhkəməsi sabah Sumqayıt məhkəməsində baş tutacaq.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...