Xalq artisti illər sonra ortaya çıxdı
Xalq artisti Zemfira Nərimanova illər sonra məclislərdən birində görüntülənib.
BAKU.WS xəbər verir ki, bu barədə Əməkdar artist Xumar Qədimova sosial şəbəkə hesabında görüntülər paylaşıb.
O məclislərdən birində Zemfira Nərimanova ilə bir araya gəlib. Hər iki məşhur sənhədə rəqs edib.
Qədimova "Xalqımızın sevimli aktrisası, "Pəncərədə işıq"la tamaşaçıları sevindirən Zemfira Nərimanova! Sizi görmək çox xoş oldu" - deyə, instaqram hesabında bildirib.
Xatırladaq ki, Xalq artisti Zemfira Nərimanova artıq uzun illərdir ki verilişlərə çıxmır. O "İtkin gəlin", "Ordan-burdan" kimi tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Oxşar xəbərlər
"Karib Dənizinin Quldurları 6" gəlir - Conni Depp isə bu dəfə...
Dünya kinematoqrafiyasının ən çox gəlir gətirən filmlərindən biri "Karib Dənizinin Quldurları" yeni filmlə böyük ekrana qayıtmağa hazırlaşır. BAKU.WS xəbər ver...