Xalq artisti bu addımı ilə hər kəsi təəccübləndirdi

Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.
BAKU.WS xəbər verir ki, gecədə çıxış edən sənətçi Tünzalə Ağayeva hər kəsi təəccübləndirib.
O tək başına, heç bir müşayiət olmadan royalda əsər ifa edib. Sevilən müğənni dünyacaməşhur ulduz Uitni Hyustonun "I Have Nothing" mahnısı ilə müəllifi olduğu "Sənsiz" əsərini sintez edib.
Sözügedən çıxış tamaşaçılar tərəfindən böyük rəğbət və gür alqışlarla qarşılanılıb.
Xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib:
"Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar. O, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər. O analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasanız, minnətdar olsaq azdır. Eşq olsun Azərbaycan xanımına. İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik".
Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il "Konstitusiya və Suverenlik" ili çərçivəsində baş tutan tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub.
Qalereya
Oxşar xəbərlər
Xatirə İslam ad günündə yığılan pulları qaytardı
Müğənni Xatirə İslam ad günü məclisində yığılan pulları geri qaytarıb. BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. İfaçı ad gün...
