Xalq artisti: “Boğuluram, ürəyim partlayır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Pullarım ancaq apteklərə, həkimlərə və dərmanlara gedir”.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa səhhətinə görə daim müalicələr aldığını söyləyib.
N.Allahverdiyeva karantin günlərindən də bəhs edib. O bildirib ki, teatr üçün darıxıb:
“Ürəyim partlayır. Neçə aydır karantin uzadılır. Mənim kimi səbrli bir insanın da səbri daşıb. Artıq boğuluram. İşləmək istəyirəm. Teatr açılsın, nə qədər insan işini itirib, çox ağrılı vəziyyətdir.
Bütün dünyada baş verən bir prosesdir, bunu anlayıram. Amma heç olmasa bəzi qadağalar aradan qaldırılsın. Rayonlara gediş-gəlişə icazə verilsin.
Bilirsiniz, nə qədər insan rayonda yaşayır, amma Bakıda işləyir. İndi qalıblar, gələ bilmirlər”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...