Xalq artisti: "Anam ailə qurmağımı istəmirdi" - VİDEO

Xalq artisti Həmidə Ömərova anası ilə bağlı etiraf edib.
BAKU.WS xəbər verir ki, "O üz" verilişinə qonaq olan aktrisa anasının onun ailə qurmasına qarşı olduğunu deyib:
"Anam istəmirdi mən ailə ailə həyatı qurum. Gec evlənməyimin səbəbi təkcə sənətim deyil, həm də anamdır. Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğluna istəyirdi.
Qonşu otaqda idim. Oradan anam haqqımda dedi ki "Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz". Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim".
Qeyd edək ki, Həmidə Ömərovanın yeganə oğlu var. Aktrisanın 28 yaşlı övladı Rəhim bir neçə ay əvvəl Zülfiyyə adlı xanımla evlənib.

Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...