Vüqardan Namiqlə bağlı qalmaqallı sözlər
Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu ilə bağlı qalmaqallı açıqlama verib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, "Rəngarəng" verilişində danışan Vüqar həmkarlarının meyxana üçün heç nə etmədiyini bildirib:
"Meyxana sənətində heç kim heç nə etməyib. Namiq Qaraçuxurlu istedadlıdır. Amma cəmi bir kaseti olub. Qalanları öz karyerası üçün edib. Adını, brendini düzəltmək üçün özü üçün oxuyub.
Namiq Məna da heç nə etməyib. Bu dədiqə Yazçılar Birliyinin üzvüdür (AYB Qubadlı Regional Bölmənin sədri - red.), nə rəqs, nə alət, nə başqa şey yazıb. Mənim 20 dənə meyxanam var, hamısını öz cibimdən etmişəm. Demişəm, sənət üçün qalsın. Meydan yoxdur. Muğam oxuyurlar, amma onu 10 ayda 1 dəfə toyda istəyərlər. Meyxana da eyni.
Əvvəl yarışma var idi, meyxanaçılar ora çıxmaq üçün hazırlaşırdı. Məsuliyyət olmasa, müğənni heç nə etməyəcək".
Oxşar xəbərlər
Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər
Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...