Villası olan Əməkdar artist kirayədə yaşayır - VİDEO

Villası olan Əməkdar artist kirayədə yaşayır - VİDEO
Video
Şou-biznes 1133

"Bəli, villam var. Bu haqda danışmaq istəmirəm. Sonra millət bilirsiniz nə deyir? Deyirlər ki, efirdə çıxıb ağlayırlar. Ehtiyac yoxdur. Heç nəyə ehtiyac yoxdur. Başqa şeylərdən danışaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Həmin Zaur" verilişinə qonaq olarkən deyib. Zaur Əməkdar artistdən evi olduğu halda niyə kirayədə yaşadığını soruşub.

Sənətçi bu haqda danışmaqdan boyun qaçırıb. Aparıcı Ruhəngiz haqqında "Vaxtilə toylara ən çox dəvət olunan və yaxşı toy aparan müğənnilərdən biri olub" sözlərini deyib.

Bundan sonra Kamal ondan indiyə qədər qazandığı pulları hara xərcləməsini soruşub. Bunun cavabında isə Ruhəngiz Allahverdiyeva pullarını övladlarının təhsilinə və səhnə geyimlərinə xərclədiyini bildirib.

Son xəbərlər