Vanda Naranın İkardi haqqında səs yazısı yayıldı

Vanda Naranın İkardi haqqında səs yazısı yayıldı
Foto
Şou-biznes 65

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi və həyat yoldaşı Vanda Nara şəxsi həyatları ilə daim gündəmdədir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün gecə vaxtı çəkilən görüntüləri çox danışılarkən, İkardinin "Qalatasaray"dan ayrılaraq Argentinaya dönəcəyi iddia edilib. Argentina mətbuatında mövzu ilə bağlı hər gün yeni bir yenilik yaşanmağa davam edir.

Naranın vəkili diqqətçəkən açıqlama verib:

"Ayrıldılar, amma boşanmadılar. Mauro Argentinaya qızlarını görməyə gəlmişdi. Təbii ki, bir evdə qaldılar, amma ayrı otaqlarda idilər. Yeməyə birlikdə getmələri normaldır, texniki razılaşma yoxdur.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, Vanda Naranın İkardi ilə boşanmağa hazırlaşdığını bildirən bəzi səs yazıları yayımlanıb.

Nara səs yazıları olduğu iddia edilən ifadələrdə bu cür çıxış edib:

"Karmen, mən Argentinaya Mauro ilə boşanmaq üçün gəldim. Hazırda boşanmanı mən təşkil edirəm. Bir müddət burada qalacağam. Lazım olan hər şeyi alacağam, çünki daha dözə bilmirəm".

Bundan əlavə, xəbərlərdə bunun Naranın yeganə səs yazısı olmadığı bildirilsə də, bu videonu Naranın özünün montaj edərək yayımladığı da bildirilib. Digər tərəfdən, Nara ötən gün aparıcılıq etdiyi televiziya proqramının təqdimat gecəsində İkardi haqqında danışıb.

Mauro İkardi ilə münasibəti və bir yerdə görünməsi ilə bağlı suala Nara belə cavab verdi:

"Bilmirəm. "Qalatasaray"da oynayır, əslində bu gün qol vurdu. Biz bir ailəyik və yaxşı münasibətimiz var. Ailəmlə problem yaşamaqdan xoşum gəlmir".

Son xəbərlər