Üzeyir Mehdizadə: "Musiqi zövqünü ölçən bir cihaz yoxdur" (VİDEO)
"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan tanınmış müğənni Üzeyir Mehdizadə maraqlı açıqlamalar verib.
İfaçı onu tənqid edənlər haqda danışıb: "Biz tamaşaçıların zövqünü oxşamalıyıq, tamaşaçıların istəyini nəzərə almalıyıq. Biz ən çox alqışı sevirik. Bəzi müğənnilər məni bəyənmir, bəyənməsinlər. Ancaq bizdə səhv görürlərsə və ya tamaşaçıların üzərinə atırlarsa, günahı tamaşaçılarda görməsinlər. Günah onların özündədir ki, onlar tamaşaçıların qəlbinə yol tapa bilmirlər. İzəyici özü bilir kimi sevir, kimə qulaq asır. Tamaşaçı həmin tamaşaçıdır ki, hər növ musiqiyə qulaq asır. Musiqi zövqünü ölçən bir cihaz yoxdur”.
İfaçı şou-biznesdə olmadığını bildirib: "Şou çox gözəl bir şeydir. Şounu bacarmaq asan məsələ deyil. Mən hələ şou göstərməmişəm, mahnı oxuyuram. Bu gün hamı şou ilə məşğul olmağa can atır. Həqiqətən, əziyyət çəkənlər də var. Şəxsən mənə qarşı tənqidlər olmurdu. Orda tənqidlər mahnılara qarşı idi. Maraqlısı budur ki, heç bir tənqidin açıqlaması olmadı. Tənqid açıqlaması ilə olar. Ona görə bu günə qədər hansı verilişdə olmuşamsa, onları özümə tənqid hesab etməmişəm. Çünki açıqlama verməyiblər. Dostlarım da yazır. Öz aramızda məni tənqid edənlər olub. Onların nəyin səhv olduğunu açıqlayıblar. Tənqid bu cür olur”.
Real məsləhətlərə qulaq asdığını deyən müğənni onu tənqid edənlərin sadəcə pislik etmək istədiklərini dilə gətirib: "Mən yaxşı, real, düzgün məsləhətlərə qulaq asıram. Bir adam ki, məni tənqid edir və açıqlaması yoxdur, özü də bilmir nəyi tənqid edir. Onun danışığından bəllidir ki, mənim pisliyimi istəyir. O adamın məqsədi odur ki, məni kimlərinsə gözündən salsın. O, məni gözdən salmağa çalışırsa, mən niyə özümü gözdən salmalıyam?”
Üzeyir Türkiyədə mahnılarının qulaq asılmasına da fikr bildirib: "Mən musiqi ilə məşğulam. Yazıram, aranjıman edirəm. Mahnının hardasa pulla səsləndirilməsini heç vaxt istəməmişik. Sadəcə mahnını "youtub”a yerləşdiririk. O mahnı ordan elə yerə gedib çıxır ki, siz onu İstanbul küçələrində, Rusiyada, Özbəkistanda, hətta Çində belə dinləyirsiniz. Allah izin verir. Biz bu Sevcan xanımla dueti 6-7 aydır ki, oxumuşuq. Mahnını özüm aranjıman etmişəm. Azərbaycan dilində sözlər mənə, türk dilində sözlər Erkan Çelikə aiddir. Bu mahnının hətta gələcəkdə klipi də gözlənilir”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Üzeyir Mehdizadə özünə bahalı avtomobil aldı (VİDEO)
Qalmaqallı müğənni Üzeyir Mehdizadə özünə bahalı avtomobil alıb. BAKU.WS xəbər verir ki, Mersedes GL avtomobilinə yeni sahib olan müğənni bu barədə şəxsi insta...