Ürəyi sağda, qaraciyəri isə soldadır – Azərbaycanda qeyri-adi insan – VİDEO
04
okt
2017
23:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ürəyi sağda, qaraciyəri isə soldadır. Onun digər orqanları da öz yerində deyil. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bu qeyri -adi insan Sumqayıt şəhərində yaşıyır. 51 Yaşlı Hafiz İmamnəzərli daxili orqanların yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs, 10-cu sinifdə oxuyarkən özündə qeyri -adiliyi öyrənib. İllər sonra isə müraciət etdiyi həkimlər ona daxili orqanlarının yerinin dəyişik oldugunu deyib. Hafis İmamnəzərli bu yaşına qədər bədənində orqanların yerdəyişikliliyi ilə baglı heç bir problem yaşamayıb. Onun sözlərinə görə, qeyri -adiliyini bilən dostları və yaxınları da bu halı təəccüb içində qarşılayıblar. Həkim məsləhəti əsasında ona orqanlarınının yerinin bilinməsi üçün orqanizminin tibbi xəritəsi də verilib. BAKU.WS
Oxşar xəbərlər
Bakıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyüldü
Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, B...