Təcili yardıma edilən qəribə zənglər: "Həkimə deyin gələndə "lampuçka" alar" (VİDEO)

Təcili yardıma edilən qəribə zənglər: Həkimə deyin gələndə lampuçka alar (VİDEO)
Video
Video 1478

 

İtini xilas etmək üçün zəng edənlər də olur, saatı soruşanlar da. Hətta elələri də var ki, evində tək qaldığı üçün ürəyi sıxılıb və bu nömrəni yığıb.

Söhbət təcili tibbi yardım stansiyasının 103 qaynar xəttindən gedir. Əməkdaşlarımız bu mərkəzdə baş verən qeyri-adi zəngləri elə operatorlardan maraqlanıblar.

Kimisi ünvan soruşmaq üçün, kimisi isə evdə tək ürəyi sıxıldığı üçün müraciət edir. "103" nömrəli təcili tibbi yardım xətti gün ərzində kritik xəstə çağırışları ilə yanaşı, 10-larla belə ünvanı düzgün seçilməyən zənglər də qəbul edir.

Operatorlar deyirlər ki, əlaqəsiz zənglər ən çox saatı soruşmaq üçün olur. Evinin ehtiyaclarını həkimlərin gətirməsini istəyənlər də az deyil. Hətta geyim seçimi üçün də təcili tibbi yardıma müraciət edənlər olur.

Eləsi də var ki, yuxusuzluğunu həyati əhəmiyyətli problem hesab edib. 103 çağrı mərkəzindəki operatorları özünə həmdəm bilənlər də az olmur.

Bəzi insanlar kommunal məsələlərin həllini də təcili tibbi yardımda görür. Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi yardım stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə isə qeyd edir ki, bütün bu tipli zənglər operatorların işinə mane olmaqla yanaşı, digər həyati əhəmiyyətli çağırışların ləngiməsinə də səbəb ola bilər.

İstənilən halda, unutmaq olmaz ki, mənasız yerə məşğul edilən təcili yardım xətti bir gün öz yaxınlarımıza təcili tibbi müdaxiləni ləngidə bilər.

BAKU.WS

Son xəbərlər