Ürəyi qoruyur, xərçəngin qarşısını alır...- ŞƏFALI BİTKİNİN 10 FAYDASI

Ürəyi qoruyur, xərçəngin qarşısını alır...- ŞƏFALI BİTKİNİN 10 FAYDASI
Şou-biznes 8273
Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.Milli.Az C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətlərini diqqətinizə çatdırır.Ürəyi qoruyurDoymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.Xolesterolu aşağı salırTərkibindəki zəngin komponentlər sayəsində həm xolesterolu düşürür, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayırXəstəliklərdən qoruyurBakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyurXərçəng xəstələrinə tövsiyə olunurAntioksidant təsiri ilə həzm sistemini gücləndirir və xərçəng kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.Böyrəklərdəki qum və daşı tökürSidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyünün böyrəkdəki qum və daşı tökdüyü məlumdur.Qəbizliyi aradan qaldırırTərkibindəki yüksək miqdarda liflər qəbizliyin qarşısını alır.Yorğunluq, halsızlıq və depressiyaya kömək edirTərkibindəki vitamin və minerallar sayəsində yorğunluq, halsızlıq və depressiyaya qarşı əhəmiyyətli rol oynayırFormada qalmağa zəmin yaradırAşağı kalori və qlisemik indeksi ilə qan şəkərinin tarazlığını qoruyan pərpətöyün həmişə formada olmağa da kömək edir.Gözü və dərini qoruyurDəridə quruluq kimi problemlərə faydalıdır. Tərkibindəki A vitamini sayəsində göz problemlərinə qarşı da qoruyucu təsirə malikdir.Həzm sistemini gücləndirirPərpətöyün A, B1, B2, B6, C, E, beta karoten, riboflaven kimi vitaminlərlə və minerallarla zəngin olması səbəbi ilə həzm sistemini gücləndirir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər