Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün HEKAYƏSİ

Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün HEKAYƏSİ
Şou-biznes 1241
Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb. BAKU.WS-in Qafaazinfo-ya istinadən verdiyi məlumata görə, cütlük 15 il birgə yaşasa da, rəsmi nikahları olmayıb. Onlar bu illər ərzində uşaqları olmadığı üçün fevralın 14-də, sevgililər günündə ayrılmaq qərarı veriblər. Hər iki şəxs öz valideynlərinin yanına qayıdıb və orada yaşamağa davam ediblər.Lakin bir gün sonra S.Rəsulov günorta saat 13:30 radələrində atası Zaməddinin evinin həyətində özünü ağacdan asaraq intihar edib. Bu hadisəni eşidən Ə.Mayılova əri ilə birgə yaşadığı evə baxmaq istədiyini deyib və ora gedərək saat 17:30 radələrində həyətdə olan tikilinin tavanından özünü asıb.Hər iki hadisə yerinə polis və prokurorluq orqanları tərəfindən baxış keçirilib. Meyitlərin xarici ekspertizası zamanı bədənləri üzərində hər hansı işgəncə, döyülmə xarakterli xəsarət izləri aşkar edilməyib.Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

FACİƏ: Qohumlar övladı olmayan cütlüyü ayırdılar, onlar da özlərini asdı

FACİƏ: Qohumlar övladı olmayan cütlüyü ayırdılar, onlar da özlərini asdı

Hacıqabulda ər və arvad intihar ediblər.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.Xeyli vaxtdır ailə qurmalarına baxma...

4860 Hadisə 09:33 16 fevral 2019

Son xəbərlər