Türkiyəli yutuber kəfən geyindi, tabutla basdırıldı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli sosial media fenomeni Məhəmməd Bahçecik qeyri-adi addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, tanınmış yutuber 6 saat torpağın altında qalıb.
O, bunu xüsusi sifarişlə hazırlanan şüşə tabutla reallaşdırıb. Tabuta 20 min lirə (təxminən 4070 AZN) vəsait xərclənib.
Bahçeciyin bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Fenomen Tuzla bölgəsində ağ kəfən geyinib və tabutda torpağa basdırılıb. Ona hətta baş daşı da qoyulub. Bahçecik 6 saatı tamam olduqdan sonra torpağın altından çıxarılıb.
O, yerin altında keçirdiyi hissləri belə təsvir edib: “Qəbirə girdiyim an bütün vəfat edən qohumlarım yadıma düşdü. Onların burada olduğunu hiss etdim. Hazırda rahat nəfəs ala bilirəm. Amma 6 saat nəfəs ala bilmədim. Yalnız süni tənəffüs aparatı ilə nəfəs ala bilirdim. Yaşamağın nə qədər gözəl hiss olduğunu anladım".
Qeyd edək ki, Məhəmməd Bahçecik yutub izləyicilərinə söz verdiyi üçün belə bir addım atıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...