Türkiyəli tanınmış müğənni “Xudayar təsnifi”ni oxudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli aktrisa və müğənni Öykü Gürman Bakının qonağı olub.
BAKU.WS xəbər verir ki, restoranların birində səhnədə çıxış edən sənətçi hazırlıq zamanı “Xudayar təsnifi”ni səsləndirilib. Öykü Gürmanın bu ifası daha sonra sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu mahnı daha əvvəl “Vətən yaxşıdır” adlanırdı. O, müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırılmasına razılıq verib.
Qeyd edək ki, Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Oxşar xəbərlər
Seda Sayanın proqramında "Xudayar təsnifi” səsləndirildi - VİDEO
Türkiyəli müğənni Seda Sayanın verilişində "Xudayar təsnifi” səsləndirilib. BAKU.WS xəbər verir ki, "Sabahın Sultanı Seda Sayan" adlı proqrama qonaq olan saz if...