Seda Sayanın proqramında "Xudayar təsnifi” səsləndirildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni Seda Sayanın verilişində "Xudayar təsnifi” səsləndirilib.
BAKU.WS xəbər verir ki, "Sabahın Sultanı Seda Sayan" adlı proqrama qonaq olan saz ifaçısı Sərkar Şəmkirli II Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısını ifa edib. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza Allahdan rəhmət diləyib.
Xatırladaq ki, kompozisiyanın müəllifi Xalq artisti Əlibaba Məmmədovdur. Bu, popular və sevilən ifa olsa da, II Qarabağ müharibəsi zamanı şəhid Xudayar Yusifzadənin ifası ilə daha da məşhurlaşdı.
Oxşar xəbərlər
Uşaqlar “Xudayar təsnifi”ni möhtəşəm ifa etdilər - VİDEO
Ağdam rayonunda yerləşən Gülablı kənd uşaq musiqi məktəbinin şagirdləri gözəl təşəbbüslə çıxış ediblər. BAKU.WS xəbər verir ki, müəllim Habil Məmmədovun rəhbərl...