Türkiyədə yaşayan azərbaycanlı müğənni göz yaşları ilə yalvardı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevinc Ağaşirinova qardaş dövlətdə yaşayan azərbaycanlılara görə Türkiyə türklərinə müraciət edib.
BAKU.WS xəbər verir ki, İstanbulda yaşayan Ağaşirinova karantin səbəbilə işləyə bilməyən bir çox azərbaycanlı ailənin kirayə pulu verə bilmədiyi üçün evdən çıxarılma təhlükəsilə üz-üzə qaldığını bildirib:
Türkiyədə ev sahibləri azərbaycanlı ailələri sıxışdırırlar. Onları evdən çıxarırlar. Onların adından yalvarıram, lütfən bunu etməyin. Biz qardaşıq. 2-3 ay anlayış göstərin. Çünki çətin vəziyyətdədirlər. Elə ailələr var ki, hətta evlərində çörək və su yoxdur. Üstəlik xəstə uşaqları olanlar da var. Karantin səbəbindən çalışa bilmirlər, yalvarıram sizə, etməyin!"
Müğənni ehtiyacı olan azərbaycanlı ailələrə bacardığı qədər kömək etdiyini deyir:"Neçə gündür, ürəyim ağrıyır. İstanbulda əlimdən nə gəlirsə, edirəm, amma mənə gələn smslərə, məndən istədiklərinizin hamısına cavab verə bilmirəm, kömək edə bilmirəm. Buna görə məni bağışlayın, çünki hamıya kömək edəcək qədər gücüm yoxdur! Allah sizə kömək olsun!"
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...